İstanbul Baş Prokurorluğu tərəfindən aparılan qanunsuz mərc istintaqı çərçivəsində saxlanılan 38 nəfərlə bağlı işlər irəliləyib. Onlardan 29 nəfərin həbsi, digər 10 nəfər üçün isə məhkəmə nəzarəti tələb olunub.
Milli.Az xəbər verir ki, həbs tələbi ilə məhkəməyə göndərilən şəxslər arasında tanınmış adlar - Metehan Baltacı, Murat Sancak, Alassane Ndao, Mert Hakan Yandaş, Ahmet Okatan, Mehmet Emin Katipoğlu, Ümit Kaya da yer alır.
Hakimliyə həbs tələbi ilə göndərilən 29 şəxsin tam siyahısı:
Murat Sancak
Mert Hakan Yandaş
Metehan Baltacı
Alassane Ndao
Ahmet Abdullah Çakmak
Eren Karadağ
Uğur Adem Gezer
Emrah Çelik
Yunus Emre Tekoğul
İzzet Furkan Malak
Bartu Kaya
Arda Türken
Muhammed Furkan Özhan
Yusuf Özdemir
Orkun Özdemir
Kadir Kaan Yurdakul
Faruk Can Genç
Ensar Bilir
Oktay Aydın
Yücel Gürol
Ersen Dikmen
Kerem Yusuf Sirkeci
Emircan Çiçek
Ahmet Okatan
Gürhan Sünmez
Mehmet Emin Katipoğlu
Volkan Erten
Şahin Kaya
Ümit Kaya
Aşağıdakı şəxslərin isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılması tələb edilib:
Zorbay Küçük
Abdulsamet Burak
Cengiz Demir
Erhan Çelenk
İsmail Kalburcu
Salih Malkoçoğlu
Samet Karabatak
Tolga Kalender
Uğur Kaan Yıldız
Gamze Neli Kaya
Xatırladaq ki, İstanbul Polis İdarəsinin Kibercinayətlərlə Mübarizə Şöbəsinin rəhbərliyi ilə keçirilən əməliyyatlarda ümumilikdə 38 nəfər saxlanılmışdı. Saxlanılanlar arasında:
keçmiş Adana Demirspor prezidenti Murat Sancak,
keçmiş hakim və futbol şərhçisi Ahmet Çakar,
futbolçu Mert Hakan Yandaş,
onun adına mərc oynadığı iddia edilən Fenerbahçe üzvü Ersen Dikmen,
əvvəlki istintaqda cəzalandırılan futbolçu Metehan Baltacı,
TFF üst kateqoriya hakimi Zorbay Küçük
kimi tanınmış şəxslər də vardı.
Şübhəlilər əvvəlcə Bayrampaşa Dövlət Xəstəxanasına gətirilərək tibbi müayinədən keçirilib, daha sonra yenidən İstanbul İl Polis İdarəsinə aparılmışdılar.
Lalə Qüdrətova
Milli.Az