Hazırda Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində davam edən "Sabah" - "Neftçi" oyununda "ağ-qaralar"ın yeni baş məşqçisi olacağı gözlənilən Yuri Vernidub VİP sektorda matçı izləyir.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı klubu 59 yaşlı ukraynalı mütəxəssislə müqavilənin bütün detallarını tam razılaşdırıb.
Yaxın günlərdə onun "Neftçi" ilə 1,5 illik müqaviləyə qol çəkməsi gözlənilir.
Milli.Az