Sabah 10:00-da qaz kəsiləcək

8 Dekabr 2025 20:03

Nərimanov rayonunda yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar 09.12.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, Xətai prospektinin, T.Şıxəliyev, N.Quliyev və Ə.Dəmirçizadə küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az