26 gündür itkin düşən Aysel Quliyeva tapıldı - YENİLƏNİB - FOTO

9 Dekabr 2025 09:42

İtkin düşmüş şəxs kimi axtarılan qadın yaşadığı ünvana geri qayıdıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, onun polis tərəfindən axtarışı dayandırılıb.

20:06
2025.12.08

Sumqayıtda 31 yaşlı qadın itkin düşüb.

Milli.Az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya həmin şəxsin yaxınları məlumat verib.

Bildirilib ki, 1994-cü il təvəllüdlü Aysel Quliyeva noyabrın 12-si evdən çıxıb və hələ də geri qayıtmayıb.

Qeyd edilib ki, əynində qara, qolsuz kurtka və qara hicab olub. Son dəfə noyabrın 17-si günorta saatlarında Binəqədi ərazisində görülüb.

Şəxsi görənlər 077 321 83 53 və 051 252 62 79 mobil nömrələrinə zəng edə bilərlər.

Milli.Az