“Ayaks” Bakıdadır - VİDEO

8 Dekabr 2025 20:08

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunda Azərbaycan çempionu "Qarabağ"la qarşılaşacaq "Ayaks" komandası Bakıya gəlib.

Milli.Az xəbər verir ki, bu barədə klub özünün sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" görüşü saat 21:45-də başlayacaq.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az