Prezident: Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycandan keçir

8 Dekabr 2025 19:17

Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib. Eyni zamanda, bu gün Şərq ilə Qərb arasındakı müəyyən bir körpü rolunu oynayırıq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında söyləyib.

Dövlətimizin başçısı qeyd edib: "İnfrastruktura, bağlantılar, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir".

Milli.Az