Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aşıq Samirə Əliyevanı tənqid edib.
Milli.Az xəbər verir ki, musiqiçi "Afaqla 10lar" verilişində həyat yoldaşı Aysel İbrahimovanın Samirədən daha yaxşı oxuduğunu deyib. O, bildirib ki, aralarında qalmaqal "Azərbaycanın səsi" proqramından başlayıb:
"Bizə qarşı haqsızlıq edib. Çox təkidlə və xahişlə Ayseli Vüqar Camalzadə "Azərbaycanın səsi"nə apardı. Dedim, sənin yerin deyil, peşəkarsan, getmə. Amma getdi. Samirə evimizdə çörək kəsib, dostumuz olub. Dedim ki, Ayselə deyəcəyəm, səni seçsin. Ayselin sənəti Aşıq Samirəninkindən yüksəkdir. Aysel oxuyanı Samirə oxuya bilməz. Bunu sübut da edərəm. Düzgünlüyün tərəfdarıyam. Yaxşı ifaçını seçərəm. Dosta, evində çörək yediyinə haqsızlıq olmaz. Samirə mənim üçün yoxdur, bitib getdi. Mənə lazım olmayan insandır".
Qeyd edək ki, "Azərbaycanın səsi" layihəsində Samirə onun komandasında olan Ayseli yarışmadan uzaqlaşdırmış, bu isə onlar arasında qalmaqala səbəb olmuşdu.
Milli.Az