Lənkəran rayonunda muzey direktoru vəfat edib.
Milli.Az xəbər verir ki, bu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun ev-muzeyinin direktoru Tamara Fətullayevadır.
Qeyd edək ki, muzeyə daha əvvəl Həzi Aslanovun həyat yoldaşı Xavər xanım rəhbərlik edib. O, 1979-cu ildə vəfat edəndən sonra Tamara Fətullayeva 40 ildən artıq müddətdə muzeyin rəhbəri olub.
Milli.Az