"Qarabağ" - "Ayaks" matçına satılan biletlərin SAYI

8 Dekabr 2025 16:48

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində "Ayaks"a qarşı keçirəcəyi matça satılan biletlərin sayı bəlli olub.

Milli.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, indiyə qədər 27 600 bilet satılıb.

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" qarşılaşması dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də start götürəcək.

Milli.Az