İcbari tibbi sığortaya müraciətlər artdı - 5 milyondan çox vətəndaş xidmət alıb

8 Dekabr 2025 10:36

Bu il icbari tibbi sığortaya müraciətlər artıb.

Milli.Az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bu gün TƏBİB və Agentlik tərəfindən keçirilən "İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim"də məlumat verib.

Onun sözlərinə görə bu il 5 milyon 131 mindən çox vətəndaş dövlət tibb ayı ərzində müəssisələrində icbari tibbi sığortadan faydalanıb və onlara 86 milyondan çox tibbi xidmət göstərilib.

"Ötən ilin eyni dövrü ilə müqayisədə müraciətlərdə 4%, tibbi xidmətlərdə isə 12% artım qeydə alınıb. Artım tendensiyası tibbi xidmətlərə çıxışın genişləndiyini və icbari tibbi sığorta sisteminə inamın yüksəldiyini göstərir".

Mina Mikayılova
Milli.Az