"H3N2" virusu yayılır - Həkimdən VACİB AÇIQLAMA

8 Dekabr 2025 14:14

Qış mövsümü yaxınlaşdıqca "H3N2" tipli qrip virusuna yoluxanlar artır.

Bəs bu virusdan necə qorunaq?

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı infeksionist Könül İsmayılova bildirib ki, "H3N2" mövsümi qrip növlərindən biridir və xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olan şəxslər üçün daha ağır keçə bilər: 

"Virusun yayılmasının əsasən hava-damcı yolu ilə baş verir və qorunma tədbirlərinə ciddi əməl edilməsini tövsiyə edilir. Ən vacib addımlardan biri insanların sıx olduğu yerlərdə ehtiyatlı olmaq, əlləri tez-tez yumaq və gigiyenaya diqqət göstərməkdir.

Mövsümi qrip əleyhinə vaksinasiya "H3N2"yə qarşı qorunmada effektiv vasitə hesab olunur. Həmçinin xəstəlik simptomları hərarət, öskürək, əzələ ağrısı, halsızlıq müşahidə edilən şəxslərin özünü təcrid etməsini, iş və məktəbə getməməsini məsləhət görülür.

İmmun sistemini gücləndirən amillər balanslı qidalanma, yetərli yuxu, C vitamini ilə zəngin qidalar və nizamlı hərəkət virusun təsirini azaltmağa kömək edir. Otaqların havalandırılması da tənəffüs yolu infeksiyalarının qarşısının alınmasında vacib sayılır".

Həkim qeyd edib ki, "H3N2" ciddi virus olsa da, gündəlik profilaktik tədbirlərlə ondan qorunmaq mümkündür.  

Aysel Əkbər
Milli.Az