Gəncədə bıçaqlanan qadının SON DURUMU

7 Dekabr 2025 22:38

Gəncədə 32 yaşlı qadın bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Milli.Az xəbər verir ki, 1993-cü il təvəllüdlü Esmira Məhərrəmovanın bıçaq xəsarəti aldığı ehtimal olunur.

Qadın dərhal əməliyyata götürülüb, müalicəsi davam etdirilir. İlkin məlumata görə, 32 yaşlı qadına bıçaq xəsarəti yetirməkdə  əri şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az