Messi tarixə bir daha adını yazdı

7 Dekabr 2025 20:00

Lionel Messi "İnter Mayami"nin MLS pley-off finalında qələbə qazanması ilə peşəkar karyerasındakı titul sayını 48-ə yüksəldib.

Bu nailiyyətlə argentinalı superulduz özünə məxsus olan dünya rekordunu bir daha yeniləmiş oldu.

Milli.Az-ın sovsport.ru-ya istinadən məlumatına görə, Messi ən çox titul qazanan futbolçu siyahısında yenə liderliyini qoruyur.

Onun ardınca 45 titulla "Barselona"nın sabiq braziliyalı müdafiəçisi Dani Alveş qərarlaşıb.

Kənan
Milli.Az