İkardinin yerinə "o" gələcək

7 Dekabr 2025 15:46

Mauro İkardinin oyunundan narazı qalan və ehtiyat hücumçu ilə müqavilə bağlamaq istəyən "Qalatasaray" İtaliyada axtardığı oyunçunu tapıb.

Milli.Az xəbər verir ki, Türkiyə klubu "Milan"ın ulduzu Santiaqo Ximenezi ilə maraqlanır.

"Sarı-qırmızılar" 24 yaşlı hücumçunu yanvar ayında icarəyə götürmək istəyir.

Qeyd edək ki, "Milan" ötən mövsümün ortalarında Ximenez 30,2 milyon avroya transfer etmişdi.

Milli.Az