Mingəçevirdə 1 yaşlı körpəsini zirzəmiyə atan ana saxlanıldı

7 Dekabr 2025 12:35

Oktyabrın 12-də Mingəçevir şəhərində 1 yaşlı körpəsini binanın zirzəmisinə atan valideyn, 1994-cü il təvəllüdlü G.Məmmədova polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyindən xəbər verilib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Milli.Az