Dünyaca tanınmış ABŞ pop ulduzu Keti Perri Kanadaın keçmiş Baş naziri Castin Trüdo ilə sevgili olduğunu "Instagram" hesabında açıqlayıb. Beləliklə, uzun müddətdir dolaşan münasibət iddiaları rəsmi şəkildə təsdiqlənib.
Milli.Az xəbər verir ki, cütlük bundan əvvəl də bir neçə dəfə əl-ələ görüntülənmişdi. Hətta Castin Trüdo müğənninin konsertlərindən birində iştirak etdikdən sonra onların arasında romantik münasibət olduğuna dair söz-söhbətlər daha da güclənmişdi.
Müğənni verdiyi paylaşım ilə bu iddialara rəsmi nöqtə qoyaraq yeni münasibətini ictimaiyyətə elan etmiş olub.
Lalə Qüdrətova
Milli.Az