Xəbərə video və foto əlavə edilib.
------
Bu gün saat 03:15 radələrində Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2003-cü il təvəllüdlü şəxs (kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Milli.Az-a Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından xəbər verilib.
Bildirilib ki, ona suda boğulma və ağciyər ödemi diaqnozu təyin edilib.
Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq pasiyentin bioloji ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, hadisə nəticəsində 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
------
Biləsuvar rayonunda baş vermiş ağır yol qəzasında ölən 5 nəfərin kimliyi məlum olub.
Milli.Az report-a istinadən xəbər verir ki,hadisə nəticəsində sürücü Vasif Həsənli (2003-cüil təvəllüdlü) və sərnişinləri; Rusif Həsənli (2001), İldırım Həsənli (1990), Məhəmməd Məmmədli (2000), Əliqardaş Rəsulzadə (2007) dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
-----------
Dekabrın 7-də saat 2 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a bildirilib.
Qeyd edilib ki, V. Həsənlinin idarə etdiyi "Lexus" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun kənarından keçən su kanalına aşıb. Nəticədə sürücü və avtomobildə olan 4 nəfər sərnişin ölüb.
Araşdırma aparılır.
------------
Biləsuvarda avtomobil kanala aşıb, 5 nəfər ölüb.
Milli.Az-ın verdiyi xəbərə görə, hadisə rayonun Bağbanlar kəndində baş verib.
Gecə saatlarında kənddə yolda idarəetmədən çıxan "Lexsus" markalı minik avtomobili kanala aşıb. Nəticədə maşında olan 5 nəfər suda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır. (APA)
Milli.Az