Hindistanda gecə klubunda yanğın - 25 nəfər öldü

7 Dekabr 2025 09:30

Hindistanın Qoa ştatında gecə klubunda yanğın olub.

Milli.Az-ın verdiyi xəbərə görə, hadisə ştatın paytaxtı Panajidən 25 kilometr uzaqlıqdakı Arpora kəndində yerləşən "Birch by Romeo Lane" gecə klubunda baş verib

Yanğın nəticəsində 25 nəfər ölüb.

Hadisənin gecə klubunda qaz balonunun partlaması nəticəsində baş verdiyi bildirilir.

Milli.Az