“VAZ” ilə “Hyundai” toqquşdu - ölən var

6 Dekabr 2025 23:53

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, "VAZ" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində 1956-cı il təvəllüdlü Hüseyn Məmmədov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az