Türkiyə yığması DÇ-2026-ya qatılsa, meydana çıxacağı tarixlər məlum oldu

6 Dekabr 2025 22:52

Türkiyə yığması DÇ-2026-da iştirak etsə, D qrupunda mübarizə aparacaq.

Milli.Az xəbər verir ki, "ay-ulduzlular"ın rəqibləri ev sahibi ABŞ, Avstraliya və Paraqvay yığmaları olacaq.

Türkiyə yığmasının oyun tarixləri də məlum olub:

13 iyun - 08:00 Avstraliya 

19 iyun - 08:00 Paraqvay

25 iyun - 06:00 ABŞ

Avstraliya ilə görüş Kanadanın Vankuver şəhərində baş tutacaq. Digər iki oyun isə ABŞ-da olacaq.

Qeyd edək ki, növbəti mundial iyunun 11-dən iyulun 19-na keçiriləcək. Turnirə ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək. (Offsideplus.az)

Milli.Az