Köçəryan: Müharibəyə bu söz səbəb oldu

6 Dekabr 2025 18:33

"Ermənistan (Baş nazir) Nikol Paşinyandan qurtulmalıdır".

Milli.Az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyib.

"Bu gün Nikol Paşinyan Ermənistan Respublikasının boynunda ilgəkdir, bu ilgəkdən qurtulmalıyıq", - o, bildirib.

Köçəryan həmçinin qeyd edib ki, Paşinyan 2018-ci ildə "Qarabağ Ermənistandır" bəyanatını verərək, müharibənin başlamasına səbəb olub. (Teleqraf)

Milli.Az