Murad Dadaşovun oğlunun toyudur - VİDEO

6 Dekabr 2025 21:45

Xalq artisti Murad Dadaşov oğlu Kamala toy edir.

Milli.Az xəbər verir ki, məclis paytaxtın məşhur restoranların birində keçirilir.

Gecədən gəlinlə bəyin, qonaqların videoları paylaşılmayıb.

Tədbirin əsas müğənnisi Əməkdar artist Xəyyam Nisanov, gecənin aparıcıları isə Tural Əsədovla Leyla Quliyevadır. (olay) 

--------------

Bu gün Xəzər TV-nin baş direktoru, Xalq artisti Murad Dadaşovun oğlu Kamalın toyudur. Məclis paytaxtın "Buta Palace" şadlıq sarayında keçiriləcək.

Milli.Az xəbər verir ki, Xalq artisti oğlunun toyuna 700-ə yaxın qonaq çağırıb. Ölkənin tanınmış mədəniyyət, incəsənət və ədəbiyyat xadimlərinin böyük əksəriyyəti məclisə dəvət olunub.

Məlumata görə, sənət adamları ilə yanaşı, rəsmi şəxslərin də məclisdə iştirakı gözlənilir. Murad Dadaşovun bəzi tanınmış dövlət və hökumət nümayəndələrini, bir neçə naziri, 10-a yaxın deputatı və paytaxt rayonlarının icra başçılarını da oğlunun toyuna dəvət etdiyi bildirilir. (metbuat.az)

Milli.Az