2025-in ən populyar musiqiləri açıqlandı

6 Dekabr 2025 20:08

Spotify 2025-in ən çox dinlənilən musiqiçilərini və mahnılarını açıqlanıb.

Milli.Az xəbər verir ki, dördüncü dəfə əsas artist titulu Bad Bunnyyə verilib. Onun mahnıları platformada 19,8 milyard dəfə dinlənilib. Top beşlikdə həmçinin Teylor Svift, The Weeknd, Dreyk və Billi Ayliş yer alıb.

İlin ən populyar mahnısı Lady Qaqa və Bruno Marsın "Die With a Smile" treki olub (1,7 milyard dinlənmə). Billi Aylişin "Birds of a Feather" ikinci, Rozé və Bruno Marsın "Apt" isə üçüncü yerdə qərarlaşıb. İlk beşliyi Aleks Uorrenin "Ordinary" və Bad Bunnynin "DtMF" tamamlayır.

Ən çox dinlənilən albom isə Bad Bunnynin "Debí Tirar Más Fotos" olub. İkinci yerdə Netflix-in "K-pop-ovçuları: Demon Hunter" saundtreki, üçüncü Billi Aylişin "Hit Me Hard and Soft", dördüncü SZA-nın "SOS Deluxe: Lana" və beşinci Sabrina Karpentərin "Short n' Sweet" albomları qərarlaşıb.

Asya
Milli.Az