“Real” onun üçün 35 milyonundan keçməyə hazırdır

6 Dekabr 2025 19:16

"Olimpiakos"un yarımmüdafiəçisi Kristos Mouzakitis karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Milli.Az xəbər verir ki, "Real" yunanıstanlı futbolçunu transfer etmək istəyir. Bu barədə "Defensa Central" məlumat yayıb.

"Kral klubu"nun baş məşqçisi Xabi Alonso Mouzakitisin oyununu bəyənədir. "Real" gənc oyunçu üçün 35 milyon avroluq təklif göndərməyi planlaşdırır.

Milli.Az