Azərbaycanda müəllim vəfat etdi

6 Dekabr 2025 12:40

Xudat şəhəri Kərim Məhərrəmov adına 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Gülyaz Yusif qızı Vəlibəyova vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib.

Gülyaz Vəlibəyova uzun illər sözügedən təhsil müəssisəsində fəaliyyət göstərib və ibtidai siniflərin tədrisi ilə məşğul olub.

Milli.Az