Vitamin D, B12, B6, maqnezium, sink və omeqa-3 yağ turşuları çatışmazlığını erkən mərhələdə müəyyən etmək çətindir.
Milli.Az xəbər verir ki, bunu rusiyalı endokrinoloq, tibb elmləri namizədi Nataliya Tananakina deyib.
"Bu qida maddələrinin azlığı adətən gözə çarpan simptomlarla özünü göstərmir".
Ekspertin sözlərinə görə bu qida maddələri neyrotransmitterlərin tənzimlənməsində iştirak edir və enerji mübadiləsi ilə immun funksiyası üçün vacibdir.
Tananakina qeyd edib ki, maqnezium çatışmazlığı əhval-ruhiyyənin pozulmasına, əzələ dartınmalarına və ürək ritmi problemlərinə səbəb ola bilər. Dəmir və vitamin D çatışmazlığı isə ümumi yorğunluq, yuxu pozğunluğu, saç tökülməsi və dırnaq zəifliyi ilə müşayiət olunur.
Vitamin B12, fol turşusu (B9) və sink çatışmazlığı isə narahatlıq, əsəbilik, əllərdə və ayaqlarda keyləşmə, əhval dəyişiklikləri ilə özünü göstərə bilər. Bu maddələr serotonin və dopamin hormonlarının sintezi üçün həyati əhəmiyyət daşıyır.
Həkim əlavə edib ki, vitamin A və omeqa-3 çatışmazlığı göz quruluğuna və zəif gecə görməsinə səbəb ola bilər, çünki omeqa-3 göz yaşının strukturunu qorumaqda vacib rol oynayır.
İsmayıl
Milli.Az