Türkiyədə fabrikdə güclü yanğın - VİDEO

6 Dekabr 2025 11:04

Türkiyədə Tuzlada karton fabrikində yanğın baş verib.

Milli.Az xəbər verir ki, Tuzlanın Tepeören məhəlləsində yerləşən rezin fabrikində səhər saat 07:30 radələrində yanğın başlayıb. Naməlum səbəbdən alovlanan yanğın qısa müddətdə zavodun bütün hissəsinə yayılaraq ərazini tamamilə bürüyüb.

Hadisə yerinə ətraf rayonlardan çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib. Briqadaların intensiv müdaxiləsindən sonra alov nəzarət altına alınıb, hazırda söndürmə işləri davam etdirilir.

Milli.Az