Rusiya Ukraynanı "Kinjal" raketləri ilə vurdu

6 Dekabr 2025 11:28

Rusiya Silahlı Qüvvələri dekabrın 5-də gecə saatlarından başlayaraq Ukraynanın hərbi və enerji infrastrukturuna kütləvi hücum həyata keçirib. 

Milli.Az xəbər verir ki, hücumda "Kinjal" hipersəs raketləri və "Geran-3" dronları istifadə edilib. Kiyevin yaxınlığındakı Fastivdə güclü partlayışlar baş verib, dəmiryol qovşağı və enerji obyektlərinə ziyan dəyib.

"Kinjal" raketləri Dnepropetrovsk vilayətində yerləşən Ukraynanın ən böyük istilik elektrik stansiyalarından biri olan Krivoy Roq İES-ə də zərər vurub və bölgədə enerji kəsintiləri qeydə alınıb.

"Geran-3" dronları Belaya Tserkov və Vışqorodda hədəflərə zərbə endirib, bəzi anbarlar yaxınlığında yanğın başlayıb.

Bundan başqa, Xmelnitski hərbi aerodromu ətrafında, eləcə də Sumı, Çerniqov, Çerkassk, Vinnitsa, Poltava və Odessa bölgələrində partlayışlar eşidildiyi bildirilir. 

Asya
Milli.Az