Moldovanın səhiyyə naziri 99 min avroluq avtomobil sualına görə parlamentdə kövrəlib
Milli.Az xəbər verir ki, Moldovanın səhiyyə naziri Emil Çeban parlamentdə çıxışı zamanı ona məxsus 99 min avroluq avtomobilin mənşəyi ilə bağlı ünvanlanan suallara cavab verərkən göz yaşlarına hakim ola bilməyib.
Nazir titrək səslə bildirib ki, həyatının böyük hissəsində yalnız ikinci əl avtomobil sürüb və bahalı maşını da "deputat və nazir olmamışdan əvvəl sifariş etdiyini" vurğulayıb.
Çıxışında şəxsi həyatındakı çətinliklərdən də söz açan Çeban bildirib ki, 8-ci sinifdən sonra təmizlikçi işləyib.
Lakin bütün bu ağır xatırlatmalara baxmayaraq, nazir ən çox bahalı avtomobil mövzusunda çətinlik çəkib və həmin anda gözləri dolaraq nitqini bir neçə saniyəlik dayandırıb.
Milli.Az