Azərbaycanda ən çox donuz bu rayonlarda saxlanılır

6 Dekabr 2025 11:00

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikası üzrə ümumilikdə 3 167 baş donuz mövcud olub. 

Milli.Az valyuta.az-a istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə donuzların sayı 18,35% və ya 712 baş azalıb.

Açıqlanan məlumatlardan belə görünür ki, donuzlar ən çox Qax, Qəbələ və Bakıda saxlanılır. Ən az donuz isə Xızı və Şabranda qeydə alınıb.

Azərbaycanın şəhər və rayonlarında donuzların sayı aşağıdakı kimi olub:

Qax rayonu - 1 525 

Qəbələ rayonu - 680 

Bakı şəhəri - 413

İsmayıllı rayonu - 222

Kəlbəcər rayonu - 98 

Gədəbəy rayonu - 74 

Oğuz rayonu - 67 

Goranboy rayonu - 41 

Siyəzən rayonu - 22

Xızı rayonu - 18

Şabran rayonu - 7 

Milli.Az