ABŞ Prezidenti Donald Tramp 2026-cı il dünya çempionatının favoritlərini açıqlamaqda çətinlik çəkib.
Milli.Az.ru xəbər verir ki, Tramp müxtəlif ölkələrin jurnalistləri ilə söhbətlərində fərqli komandaları favorit kimi göstərib.
Belə ki, o, jurnalistlərə müsahibəsində Fransanı turnirin əsas favoritlərindən biri adlandırıb:
"Fransanın böyük komandası var. Bəli, o, qalib gələ bilər, o, favoritlərdən biridir," - deyə ABŞ prezidenti bildirib.
Lakin ispan jurnalistlərlə söhbətində Tramp bu dəfə İspaniya yığmasını favoritlər sırasında göstərib:
"Mən İspaniyanın böyük fanatıyam, bu ölkəyə pərəstiş edirəm. Deyərdim ki, İspaniyanın qalib gəlmək şansı çox yüksəkdir," - deyə siyasətçi vurğulayıb.
Milli.Az