Türkiyə Super Liqasının XV turunun açılış matçında "Qalatasaray" "Samsunspor"u qəbul edib.
Milli.Az xəbər verir ki, "sarı-qırmızılar" matçın ilk hissəsini 2:0 hesabı ilə öndə bitirib.
"Samsunspor" 88-ci dəqiqədə hesabı bərabərləşdirməyi bacarıb.
Görüşdə son nöqtəni isə oyunun əsas vaxtına əlavə edilən dəqiqələrdə Viktor Osimhen qoyub.
Nigeriyalı hücumçu akrobatik qolla komandasına qələbə qazandırıb - 3:2.
Milli.Az