ABŞ Prezidenti Donald Tramp uzun müddətdir arzuladığı sülh mükafatını nəhayət əldə edib. Mükafat FIFA prezidenti Canni Infantino tərəfindən Trampa təqdim edilib. Infantino mərasimdə bu mükafatın hər il verilərək ənənə halını alacağını açıqlayıb.
Milli.Az xəbər verir ki, mükafat 2026 Dünya Kuboku püşkatması öncəsi keçirilən mərasimdə təqdim edilib.
Infantino çıxışında bildiribki, bu mükafat hər il futbol dünyasını birləşdirən və barışın təşviqinə töhfə verən liderlərə təqdim olunacaq.
Infantino Trampa mükafatı təqdim edərkən bunları deyib: "Bu sizin mükafatınızdır, sizin sülh mükafatınızdır. Bu medalı istədiyiniz yerə apara bilərsiniz."
Mükafatın təqdimatından sonra Tramp həyat yoldaşına təşəkkür edib və əlavə edib: "Biz bütün dünyanı daha təhlükəsiz bir yer etmək istəyirik."
Bu mükafatla Donald Tramp uzun illər arzuladığı sülh mükafatını fərqli bir qurumdan almaq şansı qazanmış oldu.
Lalə Qüdrətova
Milli.Az