"Həbsxanada mənə "Bibliya" verdilər" - göz yaşlarını saxlaya bilmədi

5 Dekabr 2025 21:29

Müğənni Rəqsanə İsmayılova maraqlı açıqlama verib.

Milli.Az xəbər verir ki, sənətçi "Tarixin bir günü" verilişində Xəyyam Nisanovu yuxuda gördüyü açıqlayıb.

Bu barədə danışan müğənni göz yaşlarını saxlaya bilməyib: "Düzdür Xəyyam Nisanov bu çətin günlərdə heç mənlə maraqlanmayıb da, amma onu yuxuda gördüm. Bu yuxuya görə Xəyyama təşəkkür edirəm. Yuxuda gördüm ki, Xəyyam yəhudilərin dini geyimindədir və "Bibliya" oxuyur (Yəhudi dini təriqətinə ibadət edənlərin müqəddəs kitabını nəzərdə tutur). İnanmazsınız 3 gündən sonra həbsxanada mənə "Bibliya" verdilər. Mən də onu başdan ayağa oxuyub, bitirdim."

Lalə Qüdrətova
Milli.Az