Gəncə Dövlət Filarmoniyasında Mənsum İbrahimovun 65 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert proqramı keçirilmişdir - FOTO

5 Dekabr 2025 19:59

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və təşkilatçılığı ilə Xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli, professor Mənsum İbrahimovun 65 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert proqramı keçirilmişdir.

Tədbirin açılış nitqi Filarmoniyanın direktoru, Xalq artisti, bəstəkar Aygün Səməd-Zadəyə verilmişdir. Aygün Səməd-Zadə çıxışında Mənsum İbrahimovun Azərbaycan musiqi mədəniyyətinə verdiyi dəyərli töhfələrdən bəhs edərək sənətkarı yubileyi münasibətilə təbrik etmişdir.

Konsert proqramında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, şəhərdə fəaliyyət göstərən konsulluqların nümayəndələri, müxtəlif qurumların rəhbər şəxsləri, mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər.

Tədbir sənətkarın yaradıcılığını əks etdirən musiqi nömrələri ilə yadda qalmış, tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanmışdır.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az