WUF13 Könüllülər Mərkəzinin açılışı olub - FOTO

5 Dekabr 2025 18:34

Bakıda WUF13 Könüllülər Mərkəzinin açılışı olub.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) milli koordinatoru Anar Quliyev özünün "X" hesabında paylaşım edib.

"Bu gün Beynəlxalq Könüllülər Günündə WUF13 Könüllülər Mərkəzinin açılışını etdik. Bu, 2026-cı ilin may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlıq yolunda önəmli bir addımdır. Gənclərin böyük potensialı var: onların enerjisi, təşəbbüskarlığı, öyrənmə həvəsi və yeni ideyalara açıq olmaları böyük ilham mənbəyidir. Gənclərin şəhərlərimizin inkişafını formalaşdıran proseslərdə necə fəal və səmimi iştirak etdiklərini aydın görürük - onlar şəhərsalmanı daha dinamik, canlı və innovasiyalara açıq edirlər. Qarşıda böyük işlər var, lakin əminik ki, könüllülərimizin töhfəsi, enerjisi və innovativ baxışları birlikdə qurduğumuz uğur hekayəsinin bir hissəsinə çevriləcək", - deyə paylaşımda qeyd olunub.

Milli.Az