Azərbaycanlı aktyor Eldar İsgəndərov Grant Singerin hazırlayacağı "Reenakt" adlı filmin aktyor heyətinə daxil olub.
Milli.Az-ın "Deadline"a istinadən verdiyi məlumata görə, o, Benisio del Toro, Kameron Diaz və Ana de Armas kimi məşhur Hollivud simaları ilə birgə kamera qarşısına keçəcək.
Filmin mövzusu kimi, Eldar İsgəndərovun obrazı da hələlik açıqlanmır.
Çəkilişlərin bu ilin sonuna doğru Los-Ancelesdə başlanacağı gözlənilir.
Qeyd edək ki, Eldar İsgəndərov kökləri Azərbaycana bağlı olsa da, Niderland və Belçikada böyüyüb. O, Savanna İncəsənət və Dizayn Kollecinin məzunu olub. "Reenactment" onun bu il çəkildiyi artıq üçüncü bədii filmdir. İsgəndərov daha əvvəl Jesse Eisenbergin "A24" və "Fruit Tree" üçün ərsəyə gətirdiyi, hələ nümayişə çıxmayan musiqili komediyada, həmçinin "Topic Studios"un istehsalı olan və Cordan Firstmanın ilk rejissor işi sayılan "Club Kid" filmində əsas rollardan birini canlandırıb.
Milli.Az