Müğənni Zenfira İbrahimova "Günə Uğurla" verilişində emosional anlar yaşayıb.
Milli.Az xəbər verir ki, proqram zamanı ona anasının sevimli əşyası təqdim olunub və sənətçi həmin anda göz yaşlarını saxlaya bilməyib.
Zenfira anası haqqında danışarkən duyğularını belə ifadə edib:
"Anaların sağlığında qədrini bilin, öpüb qoxlayın. Onu çox axtaracaqsınız. Hər şeyim anamla bağlı idi. Dünyasını dəyişəndən sonra nə evin, nə işin, nə də yeməyin dadı olur. İnsan tənha qalır, hər şeydən küsür. Övladı əvəz etmək olar, amma ananı yox. Onun bəzi əşyaları var, evimdə bir guşədə saxlayıram".
Sənətçinin efirdəki kövrək açıqlaması izləyiciləri təsirləndirib və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Musa
Milli.Az