Sahibkarlara şad xəbər: İdxal və ixrac əməliyyatlarında güzəştlər yenilənir

5 Dekabr 2025 17:00

Azərbaycanda mikro və kiçik sahibkarlara əlavə dəstək mexanizmi inkişaf etdiriləcək.

Milli.Az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Etibarlı Tərəfdaş Konsepsiyası"nda öz əksini tapıb.

Nazirlər Kabineti 2026-2028-ci illərdə Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə birgə beynəlxalq təcrübə nəzərə alınmaqla idxal (bəzi kateqoriya malların) və ixrac əməliyyatları üzrə gömrük ödənişlərindən azadolma məbləğinin hədlərinin dəyişim templərinə uyğun olaraq güzəşt mexanizmlərinin öyrənilməsi, gömrük ödənişlərindən azadolma məbləğinin tətbiqi dairəsinin müəyyənləşdirilməsi və normativ hüquqi bazanın formalaşdırılması və güzəşt mexanizminin tətbiqini həyata keçirəcək.

Milli.Az