Mərakeşli kişi ilk görüş zamanı huşunu itirən fransız qadını diri halda basdırıb.
Milli.Az xəbər verir ki, Fas ( Mərakeş ) şəhərində baş verən hadisə dünya mediasında rezonans doğurub. Sosial şəbəkədə tanış olan cütlüyün ilk görüşü faciə ilə nəticələnib.
Fransada yaşayan 25 yaşlı Mina El Huari Mərakeşə həmin kişi ilə görüşmək üçün səfər etmişdi. Onlar bir neçə həftə yazışmış və qız iki nəfərlik otel nömrəsi də bron etmişdi.
Görüş zamanı hər şey sakit keçsə də Mina qəfil özünü pis hiss edib və huşunu itirib. Kişi vəziyyəti düzgün qiymətləndirməyib və həkim çağırmaq əvəzinə panikaya düşüb. O qızın öldüyünü düşünüb və hadisəni gizlətməyə çalışaraq onu evinin həyətində basdırıb.
Araşdırma zamanı məlum olub ki, Mina diaqnoz qoyulmamış şəkərli diabetdən əziyyət çəkirmiş və huşunu itirdikdən sonra tibbi yardım ala bilmədiyi üçün vəziyyəti kritikləşib.
Qız ailəsi onun zənglərə cavab verməməsindən narahat olaraq Marokkoya yollanıb və polisa ərizə verib. Axtarışlar zamanı basdırıldığı yer tapılıb və kişi saxlanılıb. O ifadəsində etdiyi hərəkəti etiraf edib.
İsmayıl
Milli.Az