Öz övladlarından daha gözəl hesab etdiyi uşaqları boğaraq öldürürmüş... - FOTO

5 Dekabr 2025 19:08

Hindistanda bir qadın öz uşaqlarından daha gözəl hesab etdiyi uşaqları boğaraq qətlə yetirib.

Milli.Az xəbər verir ki, Hindistanın Naulta kəndində keçirilən toy mərasimi bir neçə qəddar uşaq qətlinin üstünün açılmasına səbəb olub.

Hadisə 6 yaşlı Vidhi adlı qızın ölümündən sonra üzə çıxıb. Onun cəsədi vannada tapılıb.

Şübhəli qismində Bhavar kəndindən olan fermerin arvadı, dörd yaşlı uşağın anası, 34 yaşlı Punam adlı qadın saxlanılıb. Polis bildirib ki, o, Vidhi və son iki ildə daha üç uşağı öldürdüyünü etiraf edib. 

Qurbanların hamısı qohum uşaqlarıdır və onların ölümləri uzun müddət ailələr tərəfindən qəza kimi dəyərləndirilib.

Fidan
Milli.Az