Filarmoniyanın noyabr ayında keçirilmiş abonement konsertləri - FOTO

5 Dekabr 2025 16:09

2022-ci ildən etibarən, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Filarmoniya tərəfindən təşkil olunan abonement konsertlər davam etdirilir.  

Abonement konsertlər 2023-cü ilin noyabr ayından hər həftənin şənbə günləri saat 15:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında keçirilib.

1 noyabr tarixində bədii rəhbər və baş dirijor Fuad İbrahimovun rəhbərliyi, Bakı Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər - Gülnaz İsmayılova, Qəmər Kərimli (violin), Kənan Məmmədzadə (violin), Mahir Tağızadə (bariton) dinləyicilər qarşısında çıxış edib. Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.
Noyabrın  15-i  Azərbaycan və Avropa bəstəkarlarının zəngin və rəngarəng musiqi nümunələrindən ibarət "Gənc istedadların konserti" baş tutub. 

22 noyabr tarixində abonement konsertlər çərçivəsində Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş Əməkdar müəllim Kəmalə Mirbabayeva və tələbələrinin "Könül ahəngi" adlı konsert keçirilib. Konsertdə iştirak edən ifaçılar - Nərgiz Vəlizadə, Leyla Hüseynzadə, Hüseynağa Aslanov (qiraət), Rəna Babayeva, Fidan Məlikzadə və Əməkdar müəllim Kəmalə Mirbabayeva - səhnədə Azərbaycan və dünya musiqi irsini əhatə edən geniş repertuar təqdim ediblər.

Bu ayın son "Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr olmuş piano ifaçıların festival-müsabiqəsinin yekun konserti" noyabrın 29-u keçirilib. Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, 34 nömrəli Uşaq Musiqi Məktəbi, Qara Qarayev adına Mərkəzi İncəsənt Məktəbi, Fikrət Əmirov adına 6 nömrəli 11illik İncəsənət Məktəbinin şagirdləri Azərbaycan, Avropa və rus bəstəkarlarının əsərlərini dinləyicilərə təqdim edib. 
Qeyd edək ki, konsertlərdə iştirak etmək istəyənlər biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə edə bilərlər. Bir dəfə alınan abonement bileti ay ərzində təşkil olunan konsertlər üçün keçərlidir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az