62 yaşında əsgər çağırıldı - FOTO

5 Dekabr 2025 16:00

3 uşağı və 5 nəvəsi olsa da, 62 yaşında hərbi xidmətə çağırılıb.

Milli.Az xəbər verir ki, Türkiyənin Ordu şəhərinin Korgan rayonuna qeydiyyatda olan 62 yaşlı Ali Osman Metan uzun illər Almaniyada yaşadıqdan sonra Türkiyəyə qayıtdıqda hərbi xidmətdən yayınma statusunda olduğunu öyrənib.

Metan 17 yaşından Almaniyada yaşayır, 1988 ci ildə Türkiyə vətəndaşlığından çıxaraq Alman vətəndaşı olub. Duisburg şəhərində təhsilini başa vurub və maliyyə məsləhətçisi kimi çalışıb. Bu yay yenidən Türkiyə vətəndaşlığına keçib və təqaüd yaşında olmasına baxmayaraq 62 yaşında hərbi xidmət üçün çağırılıb.

O, təxminən 3 həftə əvvəl avtomobillə hərəkətdə olarkən jandarma tərəfindən dayandırılıb. Kimlik yoxlanışı zamanı sistemdə hərbi xidmətdən yayınan kimi göründüyü bildirilib.

Onun hərbi xidmətə yararlılığı həkim heyətinin verdiyi rəyə görə müəyyən olunacaq.

Ali Osman Metan deyib ki, hərbi xidmətə aparılsa buna etirazı yoxdur.

İsmayıl
Milli.Az