Rəqsanə İsmayılova "Tarixin bir günü" proqramında prodüser Təranə Səmədovadan danışıb.
Milli.Az xəbər verir ki, sənətçi Təranədən şikayətçi olan qızı Suelin atası, musiqiçi Abbas Səfərovun ərizəsini geri götürdüyünü deyib.
"Suel mənim ailəmin yanında idi, indi də bizimlədir. O biri qızı isə uşaq evindədir. Gedib onu da görəcəyəm. Mən Abbasdan onunla bağlışikayəti geri götürmə sənətini aldım. Təranə yaya qədər, bəlkə də daha tez azadlığa çıxacaq. Çıxsın, əlimizdən gəldiyi qədər yanında olacağıq.
Rəqsanənin qızı Suelin atası Abbasa 2500 manat ödədiyi bildirilir.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il azadlıqdan məhrum edilib. Buna səbəb isə T.Səmədovanın qeyri-rəsmi ər-arvad kimi yaşadığı Rasim Həsənovla birgə Abbasın fotoşəkillərini əldə edib, onu yaymaqla hədələyib, pul alması olub.
Milli.Az