Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfəri ilə əlaqədar Yeni Dehlidə pilotsuz uçuş aparatları və rabitə boğucuları da daxil olmaqla çoxsəviyyəli təhlükəsizlik sistemi qurulub.
Milli.Az xəbər verir ki, prezidentin hərəkət edəcəyi bütün marşrutlarda yoxlamalar aparılır, dronlarla 24 saat müşahidə həyata keçirilir, snayperlər isə mövqelərdə növbə çəkirlər. Putinin təyyarəsi enən kimi "beşqatlı təhlükəsizlik konturu" işə düşəcək. Prezidentin mühafizəsini Hindistan Milli Qvardiyası və Yeni Dehli Polisi təmin edəcək.
Asya
Milli.Az