Başqa kənddə meyiti tapıldı - Göygöldə müəmmalı ÖLÜM

5 Dekabr 2025 16:37

Göygöldə küçədən meyit tapılıb.

Milli.Az xəbər verir ki, hadisə Qızılqaya kəndinin ərazisində baş verib.

Nizami kənd sakini olan 47 yaşlı Çingiz Eldar oğlu Hüseynovun meyiti kənd ərazisində aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Mərhumun nədən öldüyü bilinmir.

Onun ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Araşdırma aparılır.

Milli.Az