Hollivud aktyoru Keri-Hiroyuki Taqava vəfat edib.
Milli.Az xəbər verir ki, Hollivud aktyoru Keri-Hiroyuki Taqava 75 yaşında ABŞ-ın Santa-Barbara şəhərində vəfat edib. Aktyorun ölüm səbəbi insultdan sonrakı fəsadlar olub.
Qeyd edək ki, Taqava 1987-ci ildə Bernardo Bertoluççinin "Sonuncu imperator" filmindəki rolu ilə populyarlıq qazanıb. Film "Ən yaxşı film" nominasiyasında "Oskar" mükafatına layiq görülüb. "Ölümcül döyüş" ("Mortal Kombat") filmində canlandırdığı Şan Szun rolu ilə qazanıb.
Milli.Az