Avtobusun gəlmə vaxtını telefondan görə biləcəyik

5 Dekabr 2025 11:25

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ölkədə ilk dəfə AYNA MaaS adlı mobillik tətbiqini təqdim edib.

Tətbiq Azərbaycan ingilis və rus dillərində fəaliyyət göstərir. AYNA MaaS avtobus metro dəmiryolu skuter və velosiped kimi nəqliyyat növlərini birləşdirərək istifadəçiyə marşrut seçmək və səyahəti planlaşdırmaq imkanı verir. Real vaxt üzrə qrafiklər nəqliyyatın gəlmə vaxtı və ödəniş keçidləri də tətbiqdə mövcuddur.

Bakının bütün mikromobillik operatorları platformaya inteqrasiya edilib. İstifadəçi skuter və velosiped dayanacaqlarını xəritədə görə bilər və icarə üçün müraciət edə bilər.

Qeydiyyat mobil nömrə ilə aparılır. SMS kodu daxil edildikdən sonra şifrə yaradılır.

AYNA MaaS ilkin versiyadır və istifadəçi rəyləri əsasında təkmilləşdiriləcək. Tətbiq həm App Store həm də Google Play Store vasitəsilə yüklənə bilir.

Asya
Milli.Az