Braziliyada içində 180 sərnişin olan təyyarə alovlandı - VİDEO

5 Dekabr 2025 11:11

Braziliyanın Quarulyus şəhərində göyərtəsində təxminən 180 sərnişin olan "LATAM Brasil" şirkətinə məxsus "Airbus A320" təyyarəsi uçuş-enmə zolağında alovlanıb.

Milli.Az xəbər evrir ki, şahidlərin sözlərinə görə, əvvəlcə təyyarənin salonu tüstü ilə dolub, daha sonra isə pəncərələrdən alovlar görünüb. Ekipaj sərnişinləri təcili şəkildə təxliyə edib.

Hazırda xəsarət alanlar barədə məlumat verilmir.

Milli.Az