Cəmi 3 yaşı var, dünya rekordu qırdı - FOTO

5 Dekabr 2025 20:00

Hindistanlı 3 yaş 7 aylıq Sarvagya Sinqh Kuşvaha adlı uşaq rəsmi FİDE reytinqi ilə dünyanın ən gənc reytinqli şahmatçısı olub.

Milli.Az xəbər verir ki, o, əvvəlki rekord sahibi Aniş Sarkarini (3 il 8 ay) keçib.

Madhya Pradeşin Saqar rayonundan olan Sarvagya uşaq bağçasında olmasına baxmayaraq, şahmatda böyük istedad göstərir. Onun sürətli reytinqi 1572-dir. Cəmi bir həftə ərzində bütün fiqurların hərəkətlərini öyrənib və gündə 4-5 saat məşq edir.

FİDE reytinqi üçün üç beynəlxalq oyunçunu məğlub edən Sarvagya, Mangaluru, Khandwa və Indore turnirlərində qalib gəlib.

Sarvagyanın yaşında dünya ulduzları, o cümlədən Maqnus Karlsen, Anand və D. Qukeş hələ şahmata başlamamışdılar. Bu nailiyyət onu şahmat tarixində ən gənc reytinqli oyunçu edib.

Milli.Az